Maide.az

‘Binə’ ticarət mərkəzində baş verən yanğında 4 nəfər tüstüdən boğulub’

Səhiyyə Nazirliyi “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.   Nazirlikdən "Report"a verilən məlumata görə, ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub:   "Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".