Əfqanıstanda törədilən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb
Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışda ölənlərin sayı 16-ya çatıb. Bu barədə AFP məlumat yayıb. Məlumata görə, hadisə zamanı təxminən 100 nəfər yaralanıb. Qeyd edilir ki, partlayış yaşayış kvartalı, hökumət və diplomatik missiyaların binalarının yaxınlığında baş verib. Belə ki, partlayıcı maddə ilə dolu avtomobil partladılıb. Hücuma görə məsuliyyəti "Taliban" hərəkatı üzərinə götürüb Xatırladaq ki, bu gün səhər partlayışın törədildiyi hökumət və diplomatik missiyaların yaxınlığında yaşayan əhali etiraz aksiyası keçirib. Həmin binaların ərazidən köçürülməsini istəyib. Onlar bildirib ki, diplomatik missiyanın binalarının ərazidə yerləşməsi müxtəlif hücumlara səbəb olur.