Maide.az

‘S-400’ göndərilməsində ikinci mərhələ başladı - Türkiyə arzusuna çatır

Danışıqlar və satın alma prosesində ciddi müzakirə və mübahisələrə səbəb olan Türkiyənin Rusiyadan “S-400” zenit-raket kopmleksi alması məsələsi artıq yekunlaşmaq üzrədir.   Maide.Az “Sabah”a istinadən xəbər verir ki, “S-400”ün hissələrinin göndərilməsi prosesində bu gün ikinci mərhələyə start verilib.   Rusiyadan göndərilən karqo təyyarəsi Ankaradakı Mürted Hava Meydanına eniş edib.   Türkiyə Milli Müdafiə Nazirliyi ehtiyat hissələrinin tam olaraq təxminən 1 ay ərzində çatdırılacağını açıqlayıb.   Qeyd edək ki, birinci mərhələ 12-25 iyul tarixləri aralığında baş tutmuşdu.