Maide.az

Əfqanıstanda sərnisişin avtobusu partladıldı, 34 nəfər öldü

Əfqanıstanda sərnişin avtobusunda partlayış baş verib,  34 nəfər həyatını itirib, çox sayda yaralı var.     Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, partlayış  Hərat – Qəndəhar maqistral yolunda hərəkət edən sərnişin avtobusunda baş verib.    Məlumata görə, ölənlərin çoxu qadın və uşaqlardır.     Hələlik partlayışla bağlı detallı məlumat verilməyib.