Maide.az

Əfqanıstanda aviazərbələr nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb

Əfqanıstanın şərqində yerləşən Lahor əyalətinin bombalanması nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb.   Bunu əyalətin Baraki-Barak dairəsinin başçısı Vais Abdul Rəhimzay bildirib.   Onun sözlərinə görə, aviazərbəni Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri endirib. O deyib ki, aviazərbələrin hədəfi “Taliban” hərəkatının mövqeləri olub.    Başçı qeyd edib ki, mülki vətəndaşların ölümünün araşdırılması üçün xüsusi komissiya yaradılıb.  /Report