Maide.az

Əfqanıstanda Kabil Universiteti yaxınlığında partlayışda 8 nəfər öldü, 33 nəfər yaralandı

Əfqanıstanda Kabil Universitetinin yaxınlığında bəzi tələbələrin imtahana girmək üçün universitet şəhərciyinin kənarında gözlədiyi vaxt partlayış baş verib.   Səhiyyə Nazirliyinin sözçüsü Vahidullah Mayar partlayışda 8 nəfərin həlak olduğunu, 33 nəfərin də yaralandığını bildirib.   Hadisə şahidlərin sözlərinə görə, universitetin yaxınlığında baş verən partlayışdan sonra 2 maşın alovlanıb.   Kabil polisi partlayışın bölgəyə yerləşdirilən maqnetik əl istehsalı olan partlayıcı ilə həyata keçirildiyini bildirib.   Ölən və yaralananların sayının arta biləcəyi narahatlığı var. Partlayışın məsuliyyətini hələ üzərinə götürən olmayıb. /deyerler.org /