Maide.az

Şəmkirdə baş verən qəzada universitet tələbəsi ölüb

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi olub.    "Report" xəbər verir ki, rayonun Çaparlı kənd sakini, 1998-ci il təvəllüdlü Kazım Vəfadar oğlu Hüseynov baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində həlak olub.    Onun meyiti bu gün yaşadığı Çaparlı kəndinin qəbiristanlığında dəfn edilib.