Maide.az

Şəkidəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA - 4 nəfərin vəziyyəti ağırdır (YENİLƏNİB 2) - VİDEO

"Baş vermiş hadisə ilə bağlı xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır".    Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, FHN-nin helikopterləri hazırdır.    Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər.    Digər 15 nəfərə isə  ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.   *** Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacı budağının qırılaraq yerə düşməsi nəticəsində 2 nəfər xəsarət alıb.   Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər yaralanıb.    Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Paytaxtdan 2 nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəsislər çağırılıb.   Sarayın həyətində olan Xan Çinarı və 1530-cu ildə əkilib.   Səhiyyə Nazirliyindən  verilən məlumata görə, hadisə zamanı xəsarət alan şəxslər aşağıdakılardı:   Soltanova Sevinc (1940 Rusiya) Soltanova Laçın (2004 Rusiya) Sara Hasan 1998 Suriya) Farik al Hasan 1952 Suriya Mariya al Hasan 2003 Suriya Samira al Hasan 1965 Suriya Galia al Hasan 1988 Suriya ____________ Rəsulova Səbinə 1983 Məmmədov Elxan 1993 (onurğanın qapalı travması) Məmmədova Səkinə 1998 Teymurova Validə 1995 Ağayev Fərid 1996 Məmmədov İlkin 1995 (ağır dərəcəli Kəllə beyin travması sağ ayaqda sınıq) Məmmədova Zemfira 1994 Naibə Hüseynova 1968 Cəfərova Məryəm1961 Niftəliyeva Könül 1979 Xasiyeva Yasəmən 1970 Ağamalıyeva Xatirə 1987 sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok