Əfqanıstanda şiələrin məscidinə hücum olundu, ölən və yaralananlar var
Əfqanıstanın Qəzni əyalətində “Məhəmmədiyyə” məscidində baş vermiş partlayışda 2 nəfər şəhid olub, 22 nəfər yaralanıb. Maide.Az “ABNA”a istinadla xəbər veri rki, partlayış Əhli-beyt (ə) ardıcıllarının axşam namazında topladığı bir zaman baş verib. Əfqanıstan Daxili İŞlər Nazirliyini sözçüsü Nüsrət Rəhmi bildirib ki, ölənlərdən biri uşaq və digəri yaşlı kişidir. Taliban terror qruplaşması partlayışın məsuliyətini qəbul etməyib. Qeyd edək ki, son günlər Əfqanıstanda şiələrin məskunlaşdığı ərazilərdə müxtəlif növ terror hücumlarının sayı artıb. Bir neçə gün öncə Qonduz əyalətinin Şiə Alimlər Şurasının sədri Əbdül-Qəyyum Ənsariyə qarşı silahlı hücum təşkil olunub və o hadisə yerində şəhid edilib.