Maide.az

‘INSTEX’ mexanizmi işə salınıb

Avropa İttifaqı və İran arasında ödənişlər üçün nəzərdə tutulan "INSTEX" mexanizmi işə salınıb.   Trend-in məlumatına görə, bunu Avropa İttifaqı diplomatik xidmətinin baş katibi Helqa Şmid Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə Vyanada keçirilən görüşdən sonra öz "Twitter" səhifəsində yazıb.   H.Şmid bildirib: ""INSTEX" artıq işləyir, ilk köçürmələr hazırlanır və daha çox Aİ-yə üzv ölkə bu müxanizmə qoşulacaq".   Onun sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə birgə komissiyanın iclasında konstruktiv muzakirələr baş tutub: "Bütün iştirakçılar tərəfindən İran razılaşmasının tam və səmərəli həyata keçirilməsi əsas vəzifə olaraq qalır".