Maide.az

‘İnstagram’ın işində problemlər yaranıb

"İnstagram" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.   Bu barədə "Downdectector" saytı məlumat verib.   Məlumata əsasən, sosial şəbəkə istifadəçilərinin 80 faizi lentanı yeniləyə, 9 faizi isə şəbəkəyə daxil ola bilmir.   Ən çox şikayətlənən ABŞ-ın Kaliforniya ştatı və şərq sahillərinin istifadəçiləridir. Problemlər Avropada və Cənubi Amerika və Yaponiya da müşahidə olunur. /Trend/