Maide.az

‘28 May’ stansiyasında bir nəfər qatarın altına düşdü

Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında bir nəfər naməlum şəxs hərəkətdə olan qatarın altına düşüb.   “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmədov faktı təsdiqləyib:     “Hadisə 09:35 radələrində baş verib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb”.   Metropoliten rəsmisinin sözlərinə görə, qatarın altına düşən şəxs qadındır: “O, özünü intihar məqsədilə atıb. Hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını onu xəstəxanaya aparıb”. /modern.az /