Maide.az

‘Facebook’da nasazlıq yaranıb

"Facebook" sosial şəbəkəsində nasazlıq dünyanın bir çox ölkələrində müşahidə olunub.   "Facebook"da problemlər ABŞ-ın Şimal sahilindəki vaxtı ilə saat 11:16-dan müşahidə olunur.   "Facebook" sosial şəbəkəsindəki nasazlıq ilə bağlı daha çox ABŞ, Meksika və Hindistanda şikayət ediblər.   Həmin problemlər Braziliya, Böyük Britaniya, Macarıstan, Almaniya və İtaliyada da olub. /Trend /