Maide.az

Əfqanıstanda 17 polis öldü, 14-ü yaralandı

Əfqanıstan hökuməti yanlış aviazərbələr nəticəsində 17 polisin həlak olması barədə xəbər yayıb.   Maide.Az Trend-ə istinadla xəbər verir ki,  Gilmənd vlayətində "Taliban" terror təşkilatı ilə mübarizə çərçivəsində silahlı birləşmələri məhv etmək planında yanlışlığa yol verilib. Səhv hücumlar nəticəsində daha 14 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığı bildirilir.   Aviazərbələrin Əfqanıstan Hərbi Hava Qüvvələri və ya koalisiya qüvvələri tərəfindən endirildiyi hələ məlum deyil.   Vilayət qubernatoru araşdırma başladığını deyib.