Maide.az

Əfqanıstanda polis məntəqəsində PARTLAYIŞ - 2 ölü, 3 yaralı

Əfqanıstanın Gilmənd vilayətində güclü partlayış baş verib.   Partlayış nəticəsində azı 2 polisin öldüyü bildirilir. Daha 3 nəfər yaralanıb.   Məlumata görə, insident mina partlaması nəticəsində baş verib.   Gilmənd vilayət qubernatoru Ömər Tsvakanın sözlərinə görə, partlayış polis məntəqəsində baş verib. /trend /