’Şeyx Zəzaki təcili müalicə edilməlidir‘ – Beynəlxalq təşkilat
İslam İnsan Haqları Komissiyasının (IHRC) bir qrup həkim və üzvləri Nigeriya müsəlmanlarının lideri və hazırda həbsdə olan Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşına baş çəkib. Maide.Az “ihrc” rəsmi saytına istinadən xəbər verir ki, həkimlər 66 yaşlı Şeyx Zəkzakini müayinə edib. İHRC həkimlərinin ilkin müayinəsinin nəticəsinə görə, Şeyx Zəkzaki və onun həyat yoldaşı təcili həkim nəzarəti ilə müalicə almalıdır. Həkimlər ümid edirlər ki, hökumət bir neçə gün ərzində buna izn verəcək. IHRC səlahiyyətliləri hökumət rəsmiləri ilə danışıqlar apardıqlarını və onların mövqeyini dəyişmək üçün bütün imkanlardan istifadə edəcəklərini bildiriblər. Qeyd edək ki, 2015-ci ildə Peyğəmbərin (s) mövludu günündə Nigeriya ordusu Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zakzakinin evinə və evinin yaxınlığındakı Bəqiyətullah Hüseyniyyəsinə hücum edərək 1000 nəfərə yaxın insanı qətl etmiş və daha yüzlərə insanı həbs etmişdi. Şeyx Zakzaki də yaralanaraq həbs edilmişdi. O, 2015-ci ildən həyat yoldaşı ilə birlikdə qanunsuz olaraq həbsdə saxlanılır.