Maide.az

Əfqanıstanda son 3 ayda ABŞ 305, Taliban və İŞİD isə 227 dinc sakini öldürüb

Əfqanıstanda son 3 il ərzində ölən dinc sakinlərin sayı açıqlanıb.  Maide.Az "eastnews.org"a isitnadla xəbər verir ki, Əfqanıstandakı İnsan Haqları Komissiyasının sədri Sima Səmər bu ölkədə son 3 il ərzində ölən dinc sakinlərin sayını açıqlayıb.  Sima Səmər vurğulayıb ki, son 3 il ərzində 3 mindən çox mülki şəxs həyatını itirib. “Bu insanların döyüşlər və terror aktları nəticəsində ölüblər”, - deyə Sima Səmər diqqətə çatdırıb. O qeyd edib ki, 2018-ci ildə dinc sakinlərin ölümü 9 faiz artıb.   Qeyd edək ki, BMT  də son 3 ay ərzində Əfqanıstanda  öldürülən dinc sakinlərini açıqlayıb.  BMT-nin hesabatına görə, Əfqanıstanda ABŞ tərəfindən öldürülən dinc sakinlərin sayı 305 nəfərdir.  Taliban və İŞİD isə bu 3 ay ərzində Əfqanıstanda cəmi 227 nəfər dinc sakinin həyatına son qoyub.