‘Hər nə qədər özümüz istəsək o qədər neft ixrac edəcəyik’ - Ayətullah Xamenei
“Hər nə qədər özümüz istəsək o qədər neft ixrac edəcəyik.” Maide.az "khamenei.ir" saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei bu gün “zəhmətkeşlər” həftəsi münasibətilə fəhlələrlə görüşündə ABŞ-ın İrana qarşı son neft sanksiyası haqqında danışarkən deyib. Ayətulah Xamenei qeyd edib ki, bu səylər heç bir səmərə verməyəcək. “Biz ehtiyacımız olan qədər və nə qədər istəsək neft ixrac edəcəyik. Onlar öz xəyalında yolu bağladıqlarını düşünürlər, lakin xalqımız və məsul şəxslərimiz çalışsalar bir çox dalanları açarlar.” Ayətullah Xamenei bildirib ki, bu düşmənçilik cavabsız qalmayacaq. “İran xalqı elə xalq deyil ki, onların düşmənçilikləri qarşısında sakit otursun.” Neftdən asılılığın azalmasının daha xeyirli olduğunu deyən Ayətullah Xamenei qeyd edib ki, düşmən dünyada ədalət carçısı olan və xalqları oyadan bizim İslam Respublikası, Böyük İnqilabımız və xalqımıza qarşı dəfələrlə addımlar atıb və istəyinə çatmayıb. “İndi də müxtəlif iqtisadi məsələlərlə əleyhimizə addımlar atır. Deyirlər ki, İran xalqını diz çökdürmək istəyirik, lakin bilsinlər İran xalqı onların qarşısında diz çökməyəcək”.