Əlcəzair prezidenti ordu generalının ultimatumundan sonra istefa verdi
Əlcəzairi 20 ildir idarə edən prezident Əbdüləziz Buteflika ölkədə həftələrdə davam edən aksiyalardan sonra vəzifəsindən istefa verib. Maide.Az "faktxeber"-ə istinadən xəbər verir ki, istefadan bir neçə saat əvvəl ölkənin Baş Qərargah rəisi Əhməd Kayid Salih prezidentə dərhal vəzifəsini tərk etməsi barədə tələb irəli sürmüşdü. Ordudan gələn bu ultimatumdan sonra Buteflika vəzifəsindən istefa verdiyini açıqlayıb. Qeyd edək ki, Əlcəzair prezidenti Əbdüləziz Buteflikanın 20 ildir ölkənin başında durmasına rəğmən, 5-ci dönəm üçün də prezidentliyə namizəd olması böyük narazılıqlara səbəb olmuşdu: yüz minlərlə insan küçələrə axışaraq 82 yaşlı Buteflikanın namizədliyinə etiraz etmişdi.