Maide.az

Əfqanıstanda hücum - 7 polis həlak oldu

Əfqanıstanın cənubundakı Zabul əyalətində nəzarət-buraxılış məntəqələrinə hücum baş verib.   Silahlıların hücumu nəticəsində azı 7 polis əməkdaşı həlak olub.   Bundan başqa, daha 8 polisin yaralandığı deyilir. Hücumdan sonra silahlılar bölgədən uzaqlaşıb.   Hücumu kimin törətdiyi və digər təfərrüatlar barədə məlumat verilmir. / Trend /