‘WhatsApp’da yeni funksiyalar olacaq
"WhatsApp" istehsalçıları ismarıclar barədə əlavə məlumat toplaya biləcək və spam olub-olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı sınaqdan keçirirlər. Maide.Az "Trend"-ə istinadən xəbər verir ki, funksiya “yönləndirmə haqqında məlumat” adlanır. Bu funksiya ilə istifadəçi alınan ismarıcın neçə dəfə yönləndiyi barədə məlumat əldə edəcək. Daha bir funksiya isə bundan ibarətdir: 4 dəfədən artıq yönləndirilən ismarıclar xüsusi simvolla qeyd olunacaq. İstehsalçılar bu funksiyanı tez-tez yönləndirilən ismarıcları müəyyən etmək üçün əlavə ediblər.