Əlcəzairdə etiraz aksiyaları zamanı 100-dən çox şəxs xəsarət alıb
Nümayiş iştirakçıları hazırki Prezident Əbdüləziz Buteflikanın 5-ci dəfə namizədliyinin irəli sürülməsinə etiraz ediblər. Maide.Az "Trend"-ə istinadən xəbər verir ki, aksiyalarda 112 hüquq-mühafizə orqanları işçisi xəsarət alıb, 195 nəfər isə saxlanılıb. Cüzi miqdarda paytaxta ziyan dəyib.