Maide.az

‘Instagram’ın işində problem yaranıb

Bazar ertəsi bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub.   Maide.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə "Downdetector" xidməti məlumat yayıb.   "ABŞ-ın şərq sahilində 16:13-dən "Instagram"ın işində problemlər müşahidə olunur", - deyə məlumatda bildirilir.   Sosial şəbəkənin işindən daha çox Avstriya, Almaniya, İspaniya, Niderlan və Fransada yaşayan istifadəçilər şikayətləniblər. Problemlər həmçinin İtaliya, Polşa, ABŞ, Türkiyə və İsveçdə də qeydə alınıb.