Maide.az

‘İmam Əli (ə) bugünki dünya üçün ədalət və mənəviyyat nümunəsi’ adlı beynəlxalq konfrans keçiriləcək

Əmirəlmöminin Əlinin (ə) şəhadətinin 1400-cü ildönümü münasibətilə ‘İmam Əli (ə)  bugünki dünya üçün ədalət və mənəviyyat nümunəsi’ adlı beynəlxalq konfrans keçiriləcək.    Maide.Az xəbər verir ki, konfrans  mart ayının 7-də Qum şəhərində keçiriləcək.    Konfransda  İmam Əli (ə) və ədalətli hökmranlığı, İmam Əli (ə) və insan haqları, İmam Əlinin (ə) mənəviyyatı və bu günki dünya, qeyri – müsəlman alimlərin düşüncəsində İmam Əli (ə) , İmam Əli (ə) və ictimai ədalət və digər mövzular haqqında müzakirələr aparılacaq.    Konfransda iştirak edən seçilmiş  məqalələr çap olunacaq.