Maide.az

Şəkidə avtomobili divara vuran sürücü xəstəxanada ölüb

Şəki şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.   DİN-dən verilən məlumata görə, yanvarın 21-də saat 7 radələrində Şəki şəhərinin ərazisində şəhər sakini Tərlan İsgəndərov idarə etdiyi “VAZ-21061” markalı avtomobili yolun kənarındakı divara vurub.   Nəticədə T.İsgəndərov və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.   Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.