Maide.az

‘Instagram’da səsli mesaj funksiyası yaradılıb

"Instagram"da səsli mesaj funksiyası yaradılıb.   Maide.Az "Report"a istinadla xəbər verir ki, sosial şəbəkə istifadəçiləri indi bir-birlərinə səsli mesaj göndərə bilərlər.   Səsli mesajları "Direct" vasitəsilə göndərmək mümkündür.   "Necə istəyirsiniz, elə danışın sizi eşitsinlər: pıçıldayaraq deyin nə edirsinizsə, ya qışqıraraq kompliment deyin", - şirkətin "Twitter"də məlumatında bildirilir.   Bildirilir ki, səsli mesajın maksimal müddəti 1 dəqiqə təşkil edə bilər.