Maide.az

Ərdoğan Yəmənə laqeyid münasibətin səbəbini açıqladı: Neftləri yoxdur

Yəməndəki vəziyyət dəhşətlidir və elə bir səviyyəyə çatıb ki, nəinki müsəlmanların, bütün insanların ürəyi ağrıyır.  FaktXeber.com-un «Əl-Naşrie» istinadla verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mətbuat konfransında bəyan edib.   O, bildirib ki, dünya ictimaiyyətinin bu məsələyə laqeyidliyinin səbəbi ölkədə neftin olmamasıdır: «Neft varidatının olmaması səbəbindən taleyin ümidinə buraxılan məzlum Yəmən xalqının əzablarını tezliklə yüngülləşdirmək lazımdır» .   Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli Əl Xusi  bununla bağlı olaraq Ərdoğanın bəyanatını alqışlayıb.