Maide.az

Şəkidə içərisində ərəb turistlərin də olduğu avtomobil qəzaya düşüb, 7 nəfər xəsarət alıb

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Maide.Az "Report"a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb.   Hadisə zamanı 7 nəfər xəsarət alıb.   İçərisində ərəb turistlərin də olduğu yol qəzası zamanı xəsarət alan şəxslərin kimlikləri hələlik məlum deyil.   Faktla bağlı araşdırmalara başlanılıb.