Maide.az

Əfqanıstanda vertolyot qəzası: göyərtəsində 20 nəfər olub

Əfqanıstanda hərbi vertolyot qəzaya uğrayıb.   Maide.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində, Fərəh vilayətində baş verib.   "Pajhwok" agentliyi qəza nəticəsində ölənlərin olduğunu istisna etmir.   "1TV" telekanalı xəbər verir ki, vertolyotun göyərtəsində 20 nəfər, o cümlədən vilayət şurasının rəhbəri olub.   Digər təfərrüatlar barədə məlumat verilmir.   Maide.Az