“Qurani-Kərim”in sözlərindən başqa heç nəyi görmür
İraqın Kərbəla şəhərində yaşayan 53 yaşklı Hüseyn Sərhan Yəsari adlı şəxs bir müddət öncə görmə qabiliyyətini itirib. Maide.Az İQNA-ya istinadən xəbər verir ki, buna baxmayaraq, o, yalnız “Qurani-Kərim”in sözlərini oxuya bilir. Hüseyn Sərhan Yəsari möcüzəvi qabiliyyəti ilə Quran elmləri və tilavəti əhkamını öyrənib. Hazırda Kərbəlada tanınmış Quran müəllimi kimi tanınır. Həmçinin, İmam Mehdi İnstitununun tərkibindəki “Darul-Quran” mərkəzlərindən birini idarə edir.