Ənsərullah: BMT ilə heç bir anlaşma əldə olunmadı
Yəmən Ənsarullah sözçüsü Məhəmməd Əbdüssəlam BƏƏ-nin Hodeydada hava hücumlarının dayandırılması və müvəqqəti atəş kəs elan edilməsi ilə bağlı yayımladığı məlumatı təkzib edib və hücumların əvvəlki kimi davam etdiyini açıqlayıb. Maide.Az “MEHR” agentliyinə istinadən xəbər verir ki, BƏƏ ötən gün yayımladığı açıqlamada bildirmişdi ki, BM-nin Hodeydada daha aktiv çalışa bilməsi və davamlı barışın əldə olunması məqsədilə hücumlar dayandırılıb və müvəqqəti atəşkəs qərarı qəbul edildiyini elan edib. Ənsarullah sözçüsü M. Əbdüssəlam bildirib ki, BƏƏ və koalisiya bu yolla ictimai rəyi yayındırıb, onlara dəyən ardıcıl zərbələrin azaldımasına cəhd edirlər. “BMT-nin Yəmən nümayəndəsi ilə Hodeyda mövzusunda hər hansı bir anlaşma əldə etməmişik” Qeyd edək ki, bəzi xəbər qaynaqları Ənsarullah və BMT nümayəndəsi arasında Hodeydada ilə bağlı razılıq əldə olunduğuna dair xəbər yayımlamışdı.