Maide.az

“Kərbəla hədiyyəsi” adlı beynəlxalq Quran yarışması keçiriləcək

Sabah (20 iyun) İmam Hüseynin (ə) hərəminin yanında yerləşən “Seyyid əl-Övsiya” salonunda “Kərbəla hədiyyəsi” adlı beynəlxaq Quran yarışması təşkil olunacaq.    Maide.Az “İQNA”a istitnadən xəbər verir ki,  İmam Hüseynin (ə) hərəminə bağlı  Dar-ul-Quran  Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda hifz, tilavət və təfsir kateqoriyalarında  yarış keçiriləcək.    İyunun 26-dək davam edəcək yarışın qaliblər dəyərli hədiyyələrlə - 1-ci yer; Ümrə Həcc ziyarəti,  2-ci yer; Məşhəd ziyarəti və  3-cü yer; 500 min İraq dinarı - ilə mükafatlandırılacaq.