Maide.az

Əfqanıstan prezidenti Talibanla atəşkəs elan edir

Əfqanıstan prezidenti Əşrəf Qəni Ramazan ayına görə Taliban terror qruplaşması ilə müvəqqəti atəşkəs elan edib. Ancaq qruplaşmanın buna razılaşıb-razılaşmaması hələlik, bəlli deyil.   Ə.Qəni iyunun 7-də yaydığı videomüraciətdə atəşkəsin iyunun 11-dən 15-dək davam edəcəyini bildirib. Ramazan ayında Əfqanıstanda yaraqlı hücumlarında səngimə müşahidə olunmur.   Prezidentin sözlərinə görə, Əfqanıstanın təhlükəsizlik qüvvələri Taliban qruplaşma üzvlərinə qarşı “hücumları dayandıracaq”, ancaq İŞİD və Əl-Qaidə ekstremist qruplaşmaları, eləcə də digər beynəlxalq terror qruplarını hədəfə alan əməliyyatlar davam edəcək.(azadliq.org)