Maide.az

Əfqanıstanda partlayış: 9 ölü, 8 yaralı

Əfqanıstanın şərqində yerləşən Loqar əyalətində polis mərkəzində  baş verən partlayış nəticəsində 9 nəfər ölüb, daha 8 nəfər yaralanıb.   Maide.Az “AA”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.    Terrorçu-kamikadze yük maşınında yerləşdirilmiş partlayıcı qurğunu polis mərkəzinin binası qarşısında partladıb. 3 terrorçu isə polis mərkəzinə girərək  polislərə atəş açıb.    Loqar Polis Mərkəzinin sözçüsü Şahpur Əhmədzey bildirib ki, teraktda iştirak edən 3 terrorçu öldürülüb.    Onun sözlərin görə, ölənlərdən 6-si polisdir.    Hadisənin məsuliyyətini  Taliban terror qruplaşamsı üzərinə götürüb.