Şəhidimiz var: başın sağ olsun Vətən
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Qaynarinfo-nun məlumatına görə, Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Məlumatımıza görə, ailənin yeganə oğlan övladı olan A.Tatarovun 4 bacısı var. Allah şəhidimə rəhmət eləsin! Vətən sağ olsun! Başın sağ olsun Vətən!