Maide.az

Ələt-Astara yolunda ağır qəza: 6 yaralı

Ələt-Astara yolunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nqəliyyat hadisəsi baş verib   Maide.Az xəbər verir ki, magistralın 75-ci kilometrliyində - Salyan rayonu ərazisində "Ford" markalı, 10 JV 344 dövlət qeydiyyat nişanlı mikroavtobus maneəyə çırpılıb.   Nəticədə mikroavtobusda olan 4 kişi və 2 qadın müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan biri 4 yaşlı qızdır.   Faktla bağlı araşdırma aparılır.(lent.az)