Maide.az

Əfqanıstanda terror:5 ölü, 14 yaralı

Əfqanıstanda terror aktı törədilib.   Maide.Az "Report"-a istinadən verdiyi məlumata görə, hadisə Nanqarhar əyalətinin Hasaki Mine rayonunda qeydə alınıb.   Belə ki, dinc sakinləri daşıyan avtomobilin keçdiyi vaxtda yol kənarına yerləşdirilən partlayıcı qurğu işə düşüb, nəticədə 5 nəfər ölüb, 14-ü yaralanıb.   Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.