Maide.az

Əl-Abadidən “Həşdi-Şabi” qərarı

İraq Baş naziri Heydər əl-Abadi “Həşdi-Şabi”yə bağlı könüllü qüvvələrin İraq ordusuna birləşdirilməsi ilə bağlı göstəriş verib.   Maide.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bununla da “Həşdi-Şabi” ordu qanunları əsasında idarə ediləcək.   Bundan başqa, könüllü döyüşçülər İraq ordusunun hərbiçiləri qədər maaş alacaqlar. Onlar, həmçinin hərbi xidmət qanunlarına tabe olacaqlar və hərbi institutlara və kolleclərə çıxış əldə edəcəklər.   Qeyd edək ki, “Həşdi-Şabi” 2014-cü ildə İŞİD-ə qarşı mübarizə məqsədilə könüllü döyüşçülərdən təşkil olunub. 2016-cı ildə isə İraq Parlamentinin qərarı ilə Baş nazirin əmrinə tabe edilmişdi. nese olsa yazin