Maide.az

Əhsən Nuruzadəyə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.   Maide.Az "Report"-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.   Məhkəmənin hökmü ilə Ə.Nuruzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.   Xatırladaq ki, prokuror çıxışında Ə.Nuruzadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.   Qeyd edək ki, Ə.Nuruzadə ötən il oktyabrın 6-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.