Maide.az

Əl-Xəlifə rejimi bəhreynli gəncin edamını təsdiqlədi

Öz xalqına zülm edən Bəhreyn hökumətinin amansız qərarlar verməyə davam edir.   Maide.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, Əl-Xəlifə rejiminin məhkəməsi Hüseyn əl-Mazruq adlı gəncin edam cəzasını təsdiq edib.   Bu vaxta qədər həbsdə saxlanılan həmin gəncə müxtəlif işgəncələr verilmiş, sonda isə edam hökmü çıxarılmışdı.   Qeyd edək ki, Bəhreyndə hökumətə qarşı çıxanlara sərt cəzalar tətbiq olunur.