Maide.az

Şəri-dini suallara cavablar - SUAL 87

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    CƏNABƏT QÜSLÜNÜN HÖKMLƏRİ SUAL 87: Boynuna cənabət qüslü gələn qonaq qüsl etmək üçün xəcalət çəkərsə, namazını qüsl əvəzinə təyəmmüm etməklə qıla bilərmi? Bütün mərcəi-təqlidlərin hökmü: “Xəcalət və utancaqlıq hökmü aradan götürmür və mütləq qüsl etməlidir.” QEYD: Əgər qonaq namazını son vaxta qədər təxirə salarsa, o zaman təyəmmüm səhihdir. Bədən və libasının nəcis olduğu yeri təmizlədikdən sonra namazını təyəmmümlə qıla bilər. Amma günah etmişdir. (“İstiftaat”, İmam Xomeyni, 1-ci cild, sual 236; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 215; “Camiul-məsail”, Ayətullah Fazil Lənkərani, 2-ci cild, sual 184; Digər mərcəi-təqlidlərin dəftərxanasından sorğu.)