Maide.az

Əfqanıstanda polis məntəqəsi qarşısında partlayış baş verib

Əfqanıstanın Qəndəhar vilayətində  polis məntəqəsinin qarşısında partlayış baş verib.    Maide.Az  xarici KİV-lərə istinadən məlumat verir ki,  partlayış Qəndəhar vilayətinin  Maivand şəhər polisinə suiqəsd məqsədi ilə törədilib.     Partlayış nəticəsində  8 nəfər ölüb, 9 nəfər yaralanıb. Ölən və yaralananların  təhlükəsizlik qüvvələrinin əməkdaşları olduğu bildirilir.    Partlayışın məsuliyyətini Taliban terror qruplaşması üzərinə götürüb.