Maide.az

Əvəz Zeynallı saxlanıldı

"Xural" qəzetinin baş redaktoru, jurnalist Əvəz Zeynalli saxlanılıb.   Maide.Az xəbər verir ki, bu barədə Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.   Vəkilin sözlərinə görə, jurnalist Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır:   "Sabah onunla görüşəcəm. Hələ ki onun saxlanılmasının əsasları ilə bağlı heç bir məlumat vermədilər".   Qeyd edək ki, Əvəz Zeynallıya qarşı İXM-nin 535.1-ci maddəsi ilə inzibati iş qaldırılıb (polisin qanuni əmrinə tabe olmama).