Maide.az

Şəri-dini suallara cavablar - SUAL 80

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    QÜSLÜN HÖKMLƏRİ CƏNABƏT QÜSLÜ SUAL 80: Hansı işlər cənabətli şəxsə məkruhdur? Cənabətli şəxsin aşağıda qeyd edilən səkkiz işi yerinə yetirməsi məkruhdur: 1. Yemək və içmək (dəstəmaz alınsa məkruh olmaz);[1] 2. Yatmaq (dəstəmaz alınsa və yaxud su olmadıqda qüslün əvəzində təyəmmüm edilsə, məkruh olmaz); 3. Quranı üstündə gəzdirmək; 4. Quranın cildinə, haşiyəsinə və xətlərinin arasına əl vurmaq; 5. Quranın vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq;[2] 6. Bədənə yağ və krem çəkmək; 7. Yuxuda sperma xaric olduqdan (“möhtəlim”) sonra cinsi yaxınlıq etmək; 8. Saçlara həna qoymaq və bu kimi işlər.   [1] Ayətullah Vəhid Xorasani, Ayətullah Təbrizi və Ayətullah Safi: “Əlləri yusa məkruhluq aradan qaldırılır.” Ayətullah Sistani: “Əllərini və üzünü yuyub “məz-məzə” etsə (ağızı su ilə yaхalasa), məkruh olmaz. Əgər yalnız əllərini yusa, kərahəti azalar.” Ayətullah Behcət: Dəstəmaz alınsa məkruh olmaz. Əgər əllərini və üzünü yusa, “məz-məzə” və “istinşaq” etsə (ağızı və burunu su ilə yaхalasa), kərahəti azalar.” [2] Ayətullah Məkarim Şirazi: “Hətta vacib səcdəsi olan surələrdən də yeddi ayədən artıq oxumaq məkruhdur.” Ayətullah Behcət: “Ehtiyata əsasən, vacib səcdəsi olmayan surələrin yeddi ayəsindən yetmiş ayəsinə qədər oxumaq məkruhdur, yetmiş ayədən artıq oxumağın isə məkruhluğu daha çoxdur.”