Maide.az

Şəri-dini suallara cavablar - SUAL 79

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:     QÜSLÜN HÖKMLƏRİ CƏNABƏT QÜSLÜ SUAL 79: Hansı işlər cənabətli şəxsə haramdır? Beş iş cənabətli şəxsə haramdır: 1. Məscidə bir şey qoymaq və yaxud götürmək üçün oraya daxil olmaq; 2. Məscidül-Həram və Məscidün-Nəbiyyə daxil olmaq (hətta bir qapıdan daxil olub o biri qapıdan çıxdıqda belə haramdır); 3. Digər məscidlərdə dayanmaq; amma bir qapıdan daxil olub, o biri qapıdan çıxdıqda eybi yoxdur. Vacib ehtiyata əsasən, məsum imamların hərəmlərində də dayanmaq olmaz; 4. Quran xəttinə və Allahın adına əl vurmaq; 5. Vacib səcdəsi olan ayələrdən hər hansı birini oxumaq. Bu ayələr Quranın dörd surəsində yerləşir: “Səcdə” surəsi, “Fussilət” surəsi, “Nəcm” surəsi və “Ələq” surəsi.