Maide.az

Ərəb Parlamentlər Birliyi ABŞ-ın Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanımasını reaksiya

Ərəb Parlamentlər Birliyi  ABŞ-ın Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanıması və eləcədə ABŞ səfirliyinin Tel- Əvivdən Qüdsə köçürülməsinə dair  cəhdlərinə etiraz edərək onu  etibarsız və qeyri-qanuni adlandırıb.    Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər veri rki, Ərəb Parlamentlər Birliyinin İcra Komitəsinin Mərakeşin Rabat şəhərində  keçirilən iclasından sonra verilən bəyanatda bildirilir ki, ABŞ-ın Qüdsün işğalçı İsrail dövlətinin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi qərarı etibarsızdır və qeyri-qanunidir. “Bu təşəbbüs beynəlxalq hüquqa zidddir və Fələstin xalqının hüquqlarını pozaraq sülhün mümkünlüyünü tamamilə aradan qaldırır"   Ərəb Parlamentlər Birliyi ABŞ-ın bu planının tamamilə əleyihinə olduğunu vurğulayıb və qeyd edib ki,  bu addım  Qüdsün hüquqi, siyasi və tarixi durumunu baltalayır.    Qeyd edək ki, ABŞ prezidenti D.Tramp  bu gün Qüdslə bağlı qərarını açıqlayacaq.