İƏT, səfirliklərini Qüdsə köçürən bütün dövlətləti hədələdi
İslam Əməkdaşlıq Təşkilatı ABŞ prezidenti Donlad Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və səfirliyin bu şəhərə köçürülməsindən çəkinməyə çağırıb. FaktXeber.com-un məlumatına görə, bu barədə Associated Press xəbər verib. Təşkilatdan bildirilib ki, İƏT-in 57 üzvü səfirliyi Qüdsə köçürən ölkələrlə əlaqələri kəsmək məcburiyytəində qalacaq. Bəyanatda həmçinin bildirilib ki, bu addım ərəb və müsəlman dünyasına qarşı açıq təcavüzün nümayişi sayılacaq. Qeyd edək ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması Trampın seçkiqabağı kompaniyasında əsas vədlərdən biri olub. Bundan əvvəl bildirilmişdi ki, ABŞ prezidenti qərar barədə dekabrın 6-da elan edə bilər. Lakin Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli bildirib ki, ABŞ prezidenti yaxın günlərdə səfirliyin Qüdsə köçürülməsinin təxirə salınması ilə bağlı qərar qəbul edəcək.