İƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin altıncı konfransı keçirilir
Dekabr ayının 5-6-da Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin səhiyyə nazirlərinin altıncı konfransı keçiriləcək. Maide.Az “İqna” agentliyinə istinadən xəbər verir ki, konfransda üzv ölkələr arasında səhiyyə xidmətləri sahəsində əməkdaşlıq, sağlam həyat tərzi, infeksion xəstəliklərin qarşısının alınması, fövqəladə hallarda səhiyyə xidmətlərinin durumu və digər bu kimi məsələlər müzakirə olunacaq. Konfransda ana və uşaqların sağlamlığı, onların düzgün qidalanması, dərman preparatlarının istehsalı və hazırlanması, tibbi texnologiyaların və vaksinasiya kimi məsəllər araşdırılacaq. Həmçinin İƏT üzv ölkələrində səhiyyənin durumu ilə bağlı statistik hesabat açıqlanacaq.