Maide.az

“Mustafa (s) ” elmi mükafatın qalibləri müəyyənləşib

Müsəlman dünyasında elmin inkişafına dəstək məqsədilə təsis olunmuş “Mustafa (s)” elmi mükafatın qalibləri müəyyənləşib.    Maide.Az “İrna”-a istinadən xəbər verir ki, “Mustafa (s) ” mükafatının bu dəfəki sahibləri Türkiyəli professor  Erol Gülnəbi və  İranlı professor  Məhəmməd Əmin  Şükrüllahi müşətərək olaraq sahib çıxıb.    “Mustafa” mükafatının  siyasətlərinin müəyyənləşdiirlməsi üzrə katibi  Mehdi Səfariniya  keçirdiyi mətbuat konfransında deyib ki, bu mükafat İslam dünyasının ən tanınmış  mükafatlarındandır. “Azərbaycan, İndoneziya, Kuveyt, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistan və digər İslami ölkələrdən 363 müəssisə və təşkilata, eləcədə İslami ölkələrdən 1622 elm adamına bu mükafatı almaq üçün çağırış ünvanlanmışdır.”   Onun sözlərinə görə Türkiyəli professor Erol Gülnəbi komputür sistemləri üzrə, İranlı professor Məhəmməd Əmin Şükrüllahi isə  kompüter kodları sahəsində müştərək olaraq bu mükafata sahib çıxıb və  hər birinə 500 min dollar təqdim olunacaq.    M.Səfariniya deyib ki, mükafatın təqdimat mərasimi  dekabr ayının 3-də  30 ölkədən  90  alimin iştirakı ilə Tehranda  Vəhdət  sarayında keçiriləcək. Mükafatı qazanmış şəxslərə  pul mükafatı ilə yanaşı  Mustafa (s) meadlı da təqdim olunacaq.    Onun sözlərinə görə, hazırda İslam dünyasının elm və texnolgiya fondunun yaradılması üçün işlər görülür.   Qeyd edək ki,  Mustafa (s) mükafatı  müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə 2 ildən bir  təqdim olunur.     Mükafata İslam peyğəmbərinin adlarından biri olan “Mustafa (s) ” ismi verilib. Bu mükafatın müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə verilməsi nəzərdə tutulub. Mükafatın verilməsi prosesinə xüsusi təşkil edilən şura nəzarət edir.   İlk “Mustafa (s)” mükafatı 2015-ci ildə İslam peyğəmbərinin doğum günü ərəfəsində “Vəhdət” həftəsində 4 nominasiya üzrə təqdim edilib, 2 nəfər Ömər Yaghi (nano texnologiya) Jackie Ying  (biotexnologiya) üzrə qalib olub. Nominantlara nağd pul mükafatı ilə yanaşı, üzərində fars, ərəb və ingilis dillərində yazılar həkk olunmuş dəyərli medal verilir.  Mükafat 500 min ABŞ dolları məbləğində nəzərdə tutulur.