Maide.az

Şəri-dini suallara cavablar - SUAL 76

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:    NAMAZIN HÖKMLƏRİ CAMAAT NAMAZININ HÖKMLƏRİ SUAL 76: İmam-camaat “təkbirətül-ehram” dedikdən sonra, arxa cərgədə duranlar ön cərgədə duranlardan qabaq “təkbirətül-ehram” deyərlərsə, namazlarının hökmü nədir? Namazları düzgündürmü? CAVAB: Bütün mərcəi-təqlidlərin rəyi (Ayətullah Behcətdən başqa): “Əgər ön cərgədə duranlar namaza hazırlaşıb “təkbirətül-ehram” deməkləri yaxındırsa, növbəti cərgədə duranlar “təkbirətül-ehram” deyib namaza başlaya bilərlər.” (“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1418; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 1415; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1426; “Ayətullah Xameneinin dəftərxanasından sorğu.”) Ayətullah Behcət: “Vacib ehtiyata əsasən, arxa cərgədə duranlar ön cərgədə duranlardan qabaq “təkbir” deməsinlər.” (“İstiftaat”, Ayətullah Behcət, 1-ci cild, sual 2672.)